satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Fransada əleyhinə aparılan qarayaxma kampaniyasına kəskin etiraz edib

Türkiyə Fransada əleyhinə aparılan qarayaxma kampaniyasına kəskin etiraz edib

Fransanın Ankaradakı səfiri Herve Maqro ölkəsində Türkiyə əleyhinə aparılan qarayaxma kampaniyasına etiraz olaraq bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, dekabrın 23-də Parisdə baş vermiş toqquşmaları bəhanə edərək PKK/PYD/YPG dairələrinin Türkiyə əleyhinə başladığı çirkin təbliğatdan və Fransa hökumət rəsmiləri ilə bəzi siyasətçilərin bu təbliğatda alət olmalarından yaranan narahatlıq dilə gətirilib və Türkiyənin narahatlığı vurğulanıb.

Bildirilib ki, eyni zamanda rəsmi Ankaranın etirazı Türkiyənin Parisdəki səfiri tərəfindən də Fransa tərəfinə çatdırılıb.

Vurğulanıb ki, terror təşkilatının Parisdə həyata keçirdiyi iğtişaşın Fransa hökuməti və əlaqədar dairələr tərəfindən düzgün təhlil edilməsi tələb olunub.

Türkiyə tərəfi Fransanın sözügedən hadisələr qarşısında ağılsız hərəkət edərək terror təşkilatının hiyləgər niyyətini irəli aparmasına imkan verilməməsini gözlədiklərini diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM