satellite   Azerspace-1: 11135 H 30000

Ekoaksiya: Laçın-Xankəndi yolunda Dövlət Himnimizin sədaları ucalıb

Ekoaksiya: Laçın-Xankəndi yolunda Dövlət Himnimizin sədaları ucalıb

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 16 gündür davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu şüarların əks edildiyi plakatlar qaldırır, şüarlar səsləndirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM