satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Laçın dəhlizinə alternativ yolun çəkilməsi müsbət bir təcrübədir

Ceyhun Bayramov: Laçın dəhlizinə alternativ yolun çəkilməsi müsbət bir təcrübədir

Azərbaycan dəfələrlə qeyd edib ki, Qarabağda yaşayan etnik ermənilərin, oraya aid olan insanların Azərbaycanda yaşamaq hüququ var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan dövləti bu mövzuda dialoqun aparılmasına açıqdır və bu istiqamətdə bir sıra addımlar atıb. Sözügedən sahədə həssaslığı nəzərə alaraq, addım-addım irəliləmək lazımdır.

Laçın dəhlizinə alternativ yolun çəkilməsini müsbət bir təcrübə adlandıran Ceyhun Bayramov deyib: “Bu yol ermənilərin yaşadıqları ərazilərdən keçirdi. Yolun tikintisi zamanı yerli ermənilərin müraciətləri nəzərə alınıb. Yaxud Sərsəng su anbarı ilə bağlı müzakirələr aparıldı ki, torpaqların suvarılması üçün nə qədər su götürülsün, elektrik enerjisi istehsalı necə təmin edilsin. Lakin ləkəli keçmişi olan şəxs bölgəyə göndərilir. Azərbaycan belə təxribatların qarşısını almağa hazırdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM