satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan BQXK-nın Xankəndidən Ermənistana xəstə aparılması barədə müraciətinə müsbət cavab verib

Azərbaycan BQXK-nın Xankəndidən Ermənistana xəstə aparılması barədə müraciətinə müsbət cavab verib

Dekabrın 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) üç nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, müraciətdə xəstələri 2 nəfər ailə üzvünün və 2 nəfər tibb heyətinin müşayiət edəcəyi, onlardan əlavə BQXK-yə məxsus 3 ədəd "Toyota Land Cruiser" markalı avtomobildən ibarət karvanda 3 nəfər sürücü və 1 nəfər BQXK nümayəndəsinin olacağı bildirilib.

Bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Qeyd edək ki, avtomobil karvanı bu gün Ermənistandan Xankəndinə qayıdacaq və qayıdarkən baqaj hissəsində Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM