satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlıların növbəti avtomobilləri Laçın-Xankəndi yolundan maneəsiz keçiblər

Sülhməramlıların növbəti avtomobilləri Laçın-Xankəndi yolundan maneəsiz keçiblər

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Xankəndindən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus dörd minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya sülhməramlılarına məxsus minik avtomobili Xankəndindən Laçın istiqamətinə doğru hərəkət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM