satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov: Rusiya Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmasına hər vasitə ilə kömək edir

Sergey Lavrov: Rusiya Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmasına hər vasitə ilə kömək edir

Rusiya Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmasına hər vasitə ilə kömək edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, RF xarici işlər naziri Sergey Lavrov bu sözləri “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində söyləyib.

Nazir qeyd edib ki, bu sualı Bakıya və İrəvana ünvanlamaq daha məntiqli olardı. O deyib: “Əlaqələrin dinamikasını məhz onlar təyin edir, gələcək sülh müqaviləsinin məzmununu onlar müəyyən edir. Həm Azərbaycanla, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə hərtərəfli kömək edir. Köməyin forması və həcmi bizim azərbaycanlı və erməni dostlarımızın maraqlarına uyğundur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM