satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: “Türkiyənin 2023-cü il üçün hədəfi siyasət və iqtisadiyyatda dünya liderlərindən birinə çevrilməkdir”

Ərdoğan: “Türkiyənin 2023-cü il üçün hədəfi siyasət və iqtisadiyyatda dünya liderlərindən birinə çevrilməkdir”

"Türkiyənin 2023-cü il üçün hədəfi siyasətdə və iqtisadiyyatda dünya liderlərindən birinə çevrilməkdir".

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmvətənlərinə ünvanladığı Yeni il müraciətində deyib.

“İndi məqsədimiz təkcə qlobal siyasətdə və iqtisadiyyatda ən yüksək pillələrə yüksəlmək deyil, həm də orada qalmağa imkan verəcək siyasi və iqtisadi güc əldə etməkdir” - Ərdoğan bildirib.

O vurğulayıb ki, 2023-cü il Türkiyə üçün xüsusi il olacaq, çünki gələn il cümhuriyyətin elan edilməsinin 100-cü ildönümü qeyd ediləcək: “Türkiyə təkcə yeni ili qeyd etmir, həm də cümhuriyyətin qurulmasının birinci yüzilliyinin arxada qalacağı və yeni əsrin başlayacağı bir dövrə qədəm qoyur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM