Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndi-Laçın yolunda ekofəallara və könüllülərə dəstək vermək üçün musiqiçilər aksiyanın keçirildiyi əraziyə gəliblər.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, onlar milli və vətənpərvərlik ruhunda musiqilər ifa edirlər.
Aksiya iştirakçılarının əhvali-ruhiyyələri yüksək səviyyədədir.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 20 gündür davam edir.
