satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlıların daha 6 avtomobilinin Xankəndidən Laçına maneəsiz gedişi təmin olunub

Sülhməramlıların daha 6 avtomobilinin Xankəndidən Laçına maneəsiz gedişi təmin olunub

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 3-də Rusiya sülhməramlılarına məxsus daha beş təminat və bir minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru istiqamətinə maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin dezinformasiyasından başqa bir şey deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM