satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlılara məxsus daha 6 avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçib

Sülhməramlılara məxsus daha 6 avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 5 təminat və 1 minik avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, gün ərzində ümumilikdə sülhməramlılara məxsus 26 avtomobil ərazidən maneəsiz keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM