satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərin davam etməsində maraqlıdır

Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərin davam etməsində maraqlıdır

Laçın yolunda etirazlarla əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) 2023-cü il 3 yanvar tarixli növbəti bəyanatı tamamilə əsassızdır və beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin sözügedən bəyanata dair şərhində qeyd edilib.

“Ermənistanın ərazilərimizin 30 il işğalı dövründə təbii sərvətlərimizin talanması faktına qarşı Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin etirazları ilə əlaqədar Ermənistan XİN-in təhrif dolu bəyanat verməsi təəccüblü deyil. Görünür ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin davam etməsində maraqlıdır”, - deyə şərhdə bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM