satellite   Azerspace-1: 11135 H 30000

Xocavənddə silah-sursat tapılıb

Xocavənddə silah-sursat tapılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk olunmuş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 4 tank əleyhinə idarə olunan raket sistemi, 2 qumbaraatan, 21 əl qumbarası, 156 müxtəlif çaplı mərmi, 12 min 800 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM