satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Ermənistan Üçtərəfli Bəyanat üzrə öhdəlikləri kobud şəkildə pozur

Ceyhun Bayramov: Ermənistan Üçtərəfli Bəyanat üzrə öhdəlikləri kobud şəkildə pozur

Postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında bildirib.

Nazir Ermənistan tərəfindən 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması, yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktları diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin iki ölkə arasında əməkdaşlıq gündəliyi və bölgədə cari vəziyyət müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM