satellite   Azerspace-1: 11135 H 30000

Kreml: "Qarabağda BMT TŞ-nin sülhməramlı missiyasının yerləşdirilməsi Azərbaycanın razılığı ilə olmalıdır"

Kreml: "Qarabağda BMT TŞ-nin sülhməramlı missiyasının yerləşdirilməsi Azərbaycanın razılığı ilə olmalıdır"

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsində BMT Təhlükəsizlik Şurasının sülhməramlı missiyasının yerləşdirilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyanın regiona beynəlxalq sülhməramlıların cəlb edilməsi ilə bağlı fikirlərini şərh edərkən bildirib.

"Müxtəlif səviyyələrdə daimi işgüzar təmaslar var. Ancaq aydındır ki, istənilən missiya yalnız iki tərəfin razılığı ilə göndərilə bilər", - o deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Paşinyan 2025-ci ildə Rusiya kontingentinin mandatı başa çatdıqdan sonra İrəvanın Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsi məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyini söyləmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM