satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsi Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsi Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qardaş ölkə mediası dövlətimizin başçısının müsahibəsindəki mühüm məqamları, o cümlədən Azərbaycanın inkişaf istiqamətləri, regional proseslər, perspektivdə olan yeni layihələr, dünyadakı ikili standartlar, Ermənistanla münasibətlər və sair mövzulara dair fikir və mülahizələrini fərqli başlıqlarla dünya ictimaiyyətinin diqqətinə təqdim edib.

Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “TRT Avaz” və digər telekanallar, “Yeni Akit”, “Milliyet” və sair qəzetlər məlumat verir ki, Prezident İlham Əliyev böyük inamla Azərbaycanın milli müdafiə sənayesini müasir dövrün standartlarına yüksəltməkdə qərarlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM