Ekoaksiyanın iştirakçıları yanvarın 12-də səhər Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus beş avtomobilin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Qeyd edək ki, bu, Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
