satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, telefon danışığı zamanı Türkiyədə çoxsaylı insan itkisinə səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər, habelə yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Nazirlər həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM