satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın guya Laçın yolunu bağlamasına dair Ermənistanın iddiaları əsassızdır

Azərbaycanın guya Laçın yolunu bağlamasına dair Ermənistanın iddiaları əsassızdır

Son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitəsinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsası yoxdur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə fevralın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə deyib.

Həmçinin görüşdə hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM