satellite   Azerspace-1: 11135 H 30000

Nazir Ceyhun Bayramov BQXK-nın Azərbaycanda nümayəndəliyinin rəhbəri ilə görüşüb

Nazir Ceyhun Bayramov BQXK-nın Azərbaycanda nümayəndəliyinin rəhbəri ilə görüşüb

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, fevralın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşüb. 

Görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-nın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra Laçın yolundan BQXK daxil olmaqla avtomobillərin, yüklərin və vətəndaşların sərbəst hərəkəti istiqamətində səylərdən məmnunluq ifadə olunub. Etirazlara səbəb olan vəziyyətin aradan qaldırılmasının vacibliyi bildirilib.

Nazir, həmçinin son aylar Laçın yolundan 3000-dən çox nəqliyyat vasitəsinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsasının olmadığını qeyd edib. Eyni zamanda hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə, Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb.

Görüş zamanı eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM