satellite   Azerspace-1: 11135 H 30000

Kanada paytaxtında 26 fevral Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub

Kanada paytaxtında 26 fevral Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub

Kanadanın paytaxtı Ottava şəhərində 26 fevral 2023-cü il tarixi Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bununla bağlı Ottava şəhərinin meri Cim Vatson (Jim Watson) müvafiq qərar imzalayıb.

Proklamasiyada qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi cinayət nəticəsində 613 dinc sakin, o cümlədən qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib.

Şəhər meri sənəddə Xocalı Soyqırımının 31-ci ildönümündə Kanadada yaşayan Azərbaycan icmasının kədərinə şərik olduğunu qeyd edib. O, soyqırımı qurbanlarının və Birinci Qarabağ müharibəsində Azərbaycanın bütövlüyü uğrunda canından keçən həmvətənlərimizin xatirəsinin əbədi yaşayacağını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM