satellite   Azerspace-1: 11135 H 30000

TÜRKSOY: “Xocalı soyqırımı şəhidlərini rəhmətlə anırıq”

TÜRKSOY: “Xocalı soyqırımı şəhidlərini rəhmətlə anırıq”

“Xocalı soyqırımı şəhidlərini rəhmətlə anırıq”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşımında yer alıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM