satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri ən prioritet sahələrdən biridir

Prezident: Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri ən prioritet sahələrdən biridir

Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri Azərbaycan üçün ən prioritet sahələrdən biridir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edərkən bildirib.

Dövlətimizin başçısı Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələri ilə bağlı Azərbaycanın həyata keçirdiyi layihələrə xeyli sayda tərəfdaş və investor cəlb edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki ölkəmizin uğurlu coğrafi mövqedə yerləşməsi və yaradılan əlverişli biznes mühiti, zəngin iqtisadi potensialımız gələcək əməkdaşlıq və inkişaf prosesləri üçün yaxşı zəmin yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM