satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə zəlzələ ilə bağlı konsulluq və səfirliyimizə müraciət edən bütün vətəndaşlarımız təxliyə edilib

Türkiyədə zəlzələ ilə bağlı konsulluq və səfirliyimizə müraciət edən bütün vətəndaşlarımız təxliyə edilib

Türkiyədə baş verən zəlzələdən sonra oradakı səfirlik və baş konsulluqlarımız vasitəsilə qardaş ölkədə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına başlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Türkiyədə dağıdıcı zəlzələ baş verdikdən dərhal sonra Azərbaycanın aidiyyəti orqanlarının müxtəlif istiqamətlərdə hərəkətə keçdiyini diqqətə çatdıran nazir deyib: “Ən əsas məqamlardan biri Azərbaycan Prezidentinin tapşırığına əsasən böyük bir qrup xilasedicilərin, həkimlərin zəlzələ bölgəsinə yollanmasıdır. Məhz Azərbaycanın ən böyük heyətlə qardaş ölkəyə yollanmasında əsas məqsəd maksimum sayda insanın xilas edilməsi idi. Yalnız Azərbaycan xilasediciləri tərəfindən 50-dən çox insan xilas edilib”.

C.Bayramov vurğulayıb ki, konsulluq və səfirliyimizə müraciət edən bütün vətəndaşlarımız təxliyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM