satellite   Azerspace-1: 11135 H 30000

Kanadalı mer: “Xocalıda yüzlərlə günahsız insanın öldürülməsi unudulmamalıdır”

Kanadalı mer: “Xocalıda yüzlərlə günahsız insanın öldürülməsi unudulmamalıdır”

Xocalıda yüzlərlə günahsız insanın öldürülməsi, yaralanması əsla unudulmamalıdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Kanadanın Alberta əyalətinin paytaxtı Edmonton şəhərinin meri Amarjit Sohinin (Amarjeet Sohi) Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı qərarında yer alıb.

Qərara əsasən Edmonton şəhərində 26 fevral 2023-cü il tarixi "Xocalının Anım Günü" elan olunub.

Sənəddə qeyd olunur ki, Kanadada yaşayan minlərlə azərbaycanlı 26 fevral 2023-cü il tarixində Xocalı soyqırımının 31-ci ildönümünü anır: "Yüzlərlə günahsız insanın öldürüldüyü, yaralandığı və əsir götürdüyü bu faciə əsla unudulmamalı, onların çəkdikləri əzablar inkar edilməməlidir. Şəhər meri proklamasiyada qeyd edib ki, əvəzində insan hüquqları qorunmalı, bu zülmü, ayrıseçkiliyi və nifrəti törədənlər cəzalandırılmalıdır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM