satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: Rusiya, Türkiyə, Suriya və İran arasında danışıqlar gələn həftə Moskvada baş tuta bilər

Rusiya XİN: Rusiya, Türkiyə, Suriya və İran arasında danışıqlar gələn həftə Moskvada baş tuta bilər

Rusiya və Türkiyə gələn həftə Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli görüş keçirmək istəyir. Lakin indiyədək Suriya və İrandan heç bir cavab gəlməyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

“Hələlik hamıdan təsdiq almamışıq. Amma hamını dəvət etmişik. Artıq türk həmkarlarımızla razılığa gəlmişik, lakin suriyalılar və iranlılardan cavab gözləyirik”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM