satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: “Kommunikasiyaların açılması üzrə komissiyanın iclasında irəliləyiş əldə olunub”

Paşinyan: “Kommunikasiyaların açılması üzrə komissiyanın iclasında irəliləyiş əldə olunub”

“Moskvada keçirilən nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın iclasında nəzərəçarpacaq irəliləyiş əldə olunub”.

Naxçıvan televiziyası “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə deyib.

“Mən bir daha Ermənistanın bu nəqliyyat kommunikasiyalarının keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, üçtərəfli bəyanatın 9-cu müddəasında göstərilən kommunikasiyalara aiddir. Ümid edirəm ki, biz konkret həll yolları tapa biləcəyik”, - o qeyd edib.

N.Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi konkret təkliflər verib və o, onların qəbul ediləcəyinə ümid edir: “Prinsipcə, bu, bizim təkliflərimiz deyil, bunlar son iki il ərzində işlədiyimiz kompromis həllərdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM