satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb

Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçiriləcək danışıqların növbəti raundu təxirə salınıb.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb. Görüşün yeni tarixi barədə ictimaiyyət lazımi qaydada məlumatlandırılacaq”, - Ermənistan XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM