satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

İyunun 8-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Naxçıvan televiziyası-a bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığı və onların inkişaf perspektivlərini məmnunluqla vurğulayıblar. Müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə yüksələn münasibətlərin dinamik şəkildə inkişaf etdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov səfir Mixail Boçarnikova fəaliyyəti dövründə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə və meydana gələn məsələlərin effektiv həllinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Mixail Boçarnikov öz növbəsində Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə öz minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin ikitərəfli münasibətlərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM