satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizə ilə bağlı saziş təsdiqləndi

 Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizə ilə bağlı saziş təsdiqləndi

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycanla Bosniya və Herseqovina arasında təbii və digər fəlakətlərdən mühafizə ilə bağlı sazişi təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” qanun layihəsi parlamentin iyunun 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, tərəflər arasında bu saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.

Qanun layihəsi səsvermədən sonra təsdiq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM