satellite   Azerspace-1: 11135 H 30000

Səfir: “Ukrayna köməyə görə Azərbaycana minnətdardır”

Səfir: “Ukrayna köməyə görə Azərbaycana minnətdardır”

“Ukrayna köməyə görə Azərbaycana minnətdardır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Ukraynaya növbəti humanitar yardım partiyasının göndərilməsinə münasibət bildirərkən deyib.

Diplomatın sözlərinə görə, Kaxovka su elektrik stansiyasının (SES) partladılması nəticəsində Ukraynanın bir sıra şəhər və qəsəbələri su altında qalıb və bu gün orada xilasetmə işləri aparılır: “Sizin köməyinizi bir daha hiss etdiyimiz üçün Azərbaycana çox minnətdarıq”.

O, bu gün Bakıdan göndərilən humanitar yardımın təbii fəlakət zonasına çatdırılacağını qeyd edib.

Bundan başqa, Azərbaycan xilasetmə işlərində istifadə olunacaq 20 ton yanacaq da verib.

“Bu, ölkələrimiz arasında dostluğun göstəricisidir. Yaşasın Azərbaycan, yaşasın Ukrayna!”, - V.Kanevski vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM