satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə lideri: "Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək" - VİDEO

2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, həmin ildə isə bu yerləri tərk edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Türkiyə Prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.

"Qardaşım Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-red) zatən bunu diqqətlə izləyir", - Ərdoğan əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM