satellite   Azerspace-1: 11135 H 30000

XİN: "Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarının ifşasını davam etdirir"

XİN: "Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarının ifşasını davam etdirir"

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarını ifşa etməkdə davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdəki hesabında yazıb.

O, vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bir daha Ermənistanın Azərbaycanın sərhədçilərini Laçın keçid məntəqəsindən və yoldan çıxarmağa vadar etmək tələbinin yekdilliklə rədd olunduğunu təsdiqləyir.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib. Bu barədə qərar Beynəlxalq Ədalət Məhkəməsinin saytında dərc olunub. Məhkəmə Ermənistanın 2023-cü il 22 fevral tarixli Qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM