satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın Baş naziri Azərbaycanla Ermənistan arasında birbaşa təmasları dəstəklədiyini bildirib

Gürcüstanın Baş naziri Azərbaycanla Ermənistan arasında birbaşa təmasları dəstəklədiyini bildirib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanla Ermənistan arasında birbaşa təmasları dəstəklədiyini bildirib.

Naxçıvan televiziyası “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, o, yaxın vaxtda sülh sazişinin imzalanacağına ümid etdiyini söyləyib: “Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli müstəvidə münasibətlər qurmaq istəməsi ilə bağlı mövqelərini bilirəm. Bu, düzgün yoldur”.

Hökumət başçısı Gürcüstanın hər iki qonşu ölkə ilə çox yaxşı münasibətlərinin olduğunu deyib və tərəfdaşlıq əlaqələrini xatırladıb.

O, Azərbaycan və Ermənistana uğurlar arzulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM