satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Uqanda Prezidenti ilə görüşüb

Ceyhun Bayramov Uqanda Prezidenti ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqanda Prezidenti ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Uqandaya işgüzar səfəri çərçivəsində Uqanda Respublikasının Prezidenti Youeri Kaquta Museveni tərəfindən qəbul edilib.

"Görüş zamanı Azərbaycan və Uqanda arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib", - XİN bildirib.

Xatırladaq ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM