satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Qazaxıstan data analitikası sahəsində əməkdaşlıq edə bilərlər

Azərbaycan və Qazaxıstan data analitikası sahəsində əməkdaşlıq edə bilərlər

Azərbaycanın Qazaxıstanla data analitikası sahəsində əməkdaşlığı müzakirə olunur.

NTV xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərindən biri data analitikasıdır: “Bu istiqamətdə artıq müəyyən texniki çərçivəyə var. Lakin hələlik bu sahə üzrə tam funksional istifadə mümkün deyil. Hazırda biz bu istiqamətdə təqdim edilə biləcək məlumatları – məsələn, bazarlardakı qiymət dəyişiklikləri, gəlirlilik göstəriciləri, açılış və bağlanış qiymətləri və s. – dəqiqləşdiririk. İlkin mərhələdə bəzi məlumatlar qarşı tərəfə göndərilə bilməz, çünki onların uyğunluğu və istifadəyə yararlılığı üzərində əlavə işlər aparılmalıdır. Qazaxıstanla bu sahədə əməkdaşlıq imkanları genişdir və bir sıra texniki məsələlər üzərində danışıqlar davam edir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM