satellite   Azerspace-1: 11135 H 30000

Teleqramda yeni funksiyalar olacaq

Teleqramda yeni funksiyalar olacaq

Teleqram messencerinin iOS və Android üçün beta versiyasında bir sıra yeni funksiyalar olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Durov kodeksi” internet nəşri məlumat yayıb.

Funksiyalardan biri profil statusu kimi fərdi emoji təyin etmək imkanıdır. Bu emoji istifadəçinin "Telegram Premium" abunəsi olduğunu göstərən ulduz işarəsinin yerini alacaq.

Qeyd edək ki, yenilikdən yalnız messencerin ödənişli istifadəçiləri yararlana biləcək. Fərdi status həm profildə, həm də qrup çatlarında adın yanında göstəriləcək.

Bundan əlavə, istifadəçilər taymerlə müvəqqəti status təyin edə, həmçinin daha əvvəl messencerdə görünən fərdi emodjilərdən istifadə edə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM