satellite   Azerspace-1: 11135 H 30000

"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb

"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

Problemin aradan qaldırılması üçün işlər aparılır.

"Bakcell" şirkətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək".

"Nar" şirkətindən  bildirilib ki, texniki çətinlik ilə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb:

"Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM