satellite   Azerspace-1: 11135 H 30000

Nyu-Yorkda 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı ucaldılıb

Nyu-Yorkda 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı ucaldılıb

ABŞ-nin Nyu-York şəhərində ənənəvi olaraq bu il də 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağı şəhər səmasında dalğalanıb.

NTV-nin məlumatına görə, tədbir Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi, Azərbaycan-Amerika Gənclər Federasiyası və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

Mərasimdə Nyu-York və ətraf ştatlardan olan Azərbaycan diasporunun fəalları, tələbələr və Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları iştirak ediblər.

Üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı, dövlət himninin sədaları altında Nyu-York şəhərinin simvollarından biri olan və maliyyə mərkəzi kimi tanınan “Wall Street”də, “Bowling Green” parkında yerləşən nəhəng bayraq dirəyində ucaldılıb.

Tədbir iştirakçıları Azərbaycan musiqilərinin müşayiəti ilə rəqs edib, bu əlamətdar günü böyük coşqu ilə qeyd ediblər. Meydanı ziyarət edən turistlər Azərbaycan bayrağı ilə şəkillər çəkdiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM