satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan İtaliya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan İtaliya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və İtaliyanın "Saipem S.p.A." şirkəti arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

NTV İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Mikayıl Cabbarovun şirkətin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələrin enerji təhlükəsizliyinin təmin edilməsində rolu və bu istiqamətdə xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı vurğulanıb.

"Saipem S.p.A." şirkətinin ölkəmizdə enerji sektorunda uzunmüddətli fəaliyyəti və yerli şirkətlərlə tərəfdaşlığı qeyd olunub. Bildirilib ki, “Saipem S.p.A.” texnoloji innovasiyalara önəm verir və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tərəflər Azərbaycanın qlobal enerji keçidində mövqeyi, bu sahədə həyata keçirilən layihələr və şirkətlə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM