satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanın NATO ilə tərəfdaşlığının əsas məqsədi açıqlanıb

Qazaxıstanın NATO ilə tərəfdaşlığının əsas məqsədi açıqlanıb

 

Qazaxıstanın NATO ilə əməkdaşlığının əsas məqsədi bu ölkənin Silahlı Qüvvələrinin sülhməramlı birləşmələrini BMT-nin himayəsi altında missiyalar çərçivəsində yerləşdirilməsi üçün hazırlamaqdır.

NTV Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Belçika Krallığında, Aİ və NATO-da səfiri Roman Vasilenko Brüsseldə NATO-nun Baş katibi Mark Rütteyə etimadnaməsini təqdim etdikdən sonra bildirib.

Tərəflər Qazaxıstan ilə NATO arasında əməkdaşlığın hazırkı vəziyyətini, eləcə də beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə ediblər.

Görüşün yekunlarına görə, tərəflər Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişafının davam etdirilməsi barədə razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM