satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan və Makron Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Ərdoğan və Makron Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

 

 

Avqustun 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.

NTV xəbər verir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Ukraynadakı müharibənin sülh yolu ilə həlli, eləcə də Yaxın Şərqdə baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə lideri Ankaranın Kiyev ilə Moskva arasında sülhün yaxınlaşdırılmasına yönəlmiş istənilən danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu fransalı həmkarının diqqətinə çatdırıb.

Prezident Ərdoğan Türkiyənin Qəzza zolağında atəşkəsi təmin etmək üçün göstərdiyi səylərdən də bəhs edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM