satellite   Azerspace-1: 11135 H 30000

İqor Babuşkin: "Həştərxan Azərbaycanla hərtərəfli əməkdaşlığı davam etdirəcək"

İqor Babuşkin: "Həştərxan Azərbaycanla hərtərəfli əməkdaşlığı davam etdirəcək"

Rusiyanın Həştərxan vilayəti nəqliyyat infrastrukturunun inkişafı hesabına Azərbaycanla ticarət dövriyyəsinin daha da artacağına ümid edir.

NTV xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Babuşkin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşünün yekunlarına dair bildirib.

"Azərbaycan Həştərxan regionunun əsas tərəfdaşlarından biridir. Bu ilin ilk yarısında Azərbaycana balıq ixracı 5 % artıb, tərəvəz və un məhsullarının tədarük həcmi də artmaqdadır. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi sayəsində ticarət həcmlərinin daha da artırılmasını ən vacib vəzifə hesab edirik", - İ.Babuşkin “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, görüş zamanı qarşılıqlı mədəni əlaqələrə xüsusi diqqət yetirilib.

"Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin tərəfdaşlıq və qarşılıqlı faydalı şərtlər əsasında həyata keçirilməsi istiqamətində işləməyə davam edəcəyik", - qubernator qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM