satellite   Azerspace-1: 11135 H 30000

Səfir: Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır

Səfir: Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır

Türkiyə müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır.

NTV "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində deyib.

Səfir bildirib ki, Ankara təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun yeritməyi də nəzərdən keçirir.

“Dünən müdafiə naziri Yaşar Gülər ilə görüşdüm, çox səmimi və məhsuldar söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsi əməliyyatına qoşulmağa hazırdır”, – dipolomat vurğulayıb.

Türkiyə tərəfi dənizlə yanaşı, humanitar mülki torpaqların minalardan təmizlənməsində iştirak təkliflərini də nəzərdən keçirir. Cəlal həmçinin xatırladıb ki, Türkiyə təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə potensial olaraq hazır olan 10 ölkədən biridir.

“Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”, - səfir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM