satellite   Azerspace-1: 11135 H 30000

Fuat Oktay: Xocalı soyqırımını unutmamalı və unutdurmamalıyıq

Fuat Oktay: Xocalı soyqırımını unutmamalı və unutdurmamalıyıq

Bu günlərdə Xocalı soyqırımının ildönümünü anırıq. Bu faciəni xatırlamaq vacibdir ki, region bir daha belə ağrılar yaşamasın və əldə olunan sülh imkanları qorunsun. Əgər unutsaq, eyni acıları yenidən yaşaya bilərik. Ona görə də unutmamalı və unutdurmamalıyıq.

NTV xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay səfərlə bağlı yekun mətbuat konfransında söyləyib.

O bildirib ki ,Şuşadan Xankəndiyə, Xocalıya qədər Qarabağ bölgəsində yaşanan işğal dövrü artıq sona çatıb. Ümid edirik ki, bundan sonra bölgədə davamlı sülh və sabitlik hökm sürəcək.

“İllərlə türklərə qarşı qətliamlar törədənlərin dünyada “türklər qətliam edib” deyə təbliğat aparmaları və bununla bağlı müxtəlif ölkələrin parlamentlərində qərarlar qəbul etdirmələri qəbulolunmazdır. Bəzi ölkələrin bu məsələdə qabaqcıl rol oynaması təəssüf doğurur”, -deyə Fuat Oktay əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM