satellite   Azerspace-1: 11135 H 30000

Tibb müəssisələrində müalicə alan seçicilər 19 seçki məntəqəsində öz səsvermə hüquqlarından istifadə edəcəklər - VİDEO

Seçki Məcəlləsinin tələblərinə görə, tibb müəssisələrində müalicə alan şəxslərin prezident seçkilərində səsvermə günü səsvermə hüquqları var. Bu hüququ təmin etmək üçün seçki komissiyaları ilə yanaşı, həmin tibb müəssisələrinin üzərinə də vəzifə düşür. Tibb müəssisələri hansı seçki dairəsinin ərazisində yerləşirsə, həmin seçki dairələrinin dairə seçki komissiyaları səsvermə gününə ən azı beş gün qalmış burada seçki məntəqələrini və məntəqə seçki komissiyalarını formalaşdırır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib.

Katibin sözlərinə görə, hazırda tibb müəssisələrində müalicə alan seçicilər prezident seçkiləri günü 19 seçki məntəqəsində öz səsvermə hüquqlarından istifadə edəcəklər. Həmçinin Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada daşınan qutulardan da istifadə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM