satellite   Azerspace-1: 11135 H 30000

ETX “Whatsapp”la bağlı xəbərdarlıq edib

ETX “Whatsapp”la bağlı xəbərdarlıq edib

Hazırda vətəndaşların “Whatsapp” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin “Whatsapp”la bağlı əhali üçün yaydığı xəbərdarlıqda bildirilib.

"Qeyd olunanları nəzərə alaraq “Whatsapp” hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti ilə əlaqə saxlamağınızı və ya [email protected] e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik", - deyə məlumatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM