Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, 13-14 fevral 2024-cü il, saat 10:00 radələrində Şahbuz rayonu Zəngəzur Milli Parkının ərazisində “Qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin aparılması, hərəkət marşrutlarında uçmuş, dağılmış yollardan keçidlərin açılması, idarəetmənin və qarşılıqlı əlaqənin təşkili” mövzusunda təlim keçiriləcək. Təlimə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı texnikaların və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.
- 14:24 12.02.2024
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
