satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yanvar ayında pensiya təyin olunmuş şəxslərin 80 faizinə proaktiv qaydada xidmət göstərilib

Naxçıvanda yanvar ayında pensiya təyin olunmuş şəxslərin 80 faizinə proaktiv qaydada xidmət göstərilib

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, 2023-cü ildən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlara proaktiv qaydada pensiya, müavinət və təqaüdün təyin olunmasına başlanılıb. Hazırda pensiya təminatı sahəsində ümumi əsaslarla yaşa görə, ailə başçısını itirməyə görə, əlilliyə görə əmək pensiyasının təyinatları proaktiv qaydada həyata keçirilir. 2024-cü ilin yanvar ayında 187 nəfərə proaktiv qaydada əmək pensiyası təyin edilmişdir ki, bu da pensiya təyin olunmuş şəxslərin 80 faizini təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM