satellite   Azerspace-1: 11135 H 30000

Ötən il uşaqlara verilən coğrafi adlar - Oman, Marsel, Yəmən, Afina...

Ötən il uşaqlara verilən coğrafi adlar - Oman, Marsel, Yəmən, Afina...

Ötən il Azərbaycanda uşaqlara qoyulan coğrafi adlar məlum olub.

Naxçıvan televiziyası-ın məlumatına görə, ötən il 764 uşağa Mədinə, 263-nə Sofiya, 23-nə Afina, 16-na Təbriz, 14-nə Riyad, 7-nə Qafqaz, 5-nə Tehran, 3-nə Ural, 2-nə Yəmən, daha 2-nə isə Tovuz adı verilib.

Bundan əlavə, Venera, Lənkəran, Milan, Roma, Oman, Marsel adlarının da hər biri bir nəfərə qoyulub.

Ötən il həmçinin 263 uşağa Günəş adı verilib.

Təbiət hadisələrinə uyğun adlara gəlincə, 465 uşağa Yağmur, 124-nə Rüzgar, 9-na Bulud, 7-nə Tufan, 5-nə Dolunay, 1-nə isə Duman adı qoyulub.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM