satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının yaradılması günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının yaradılması günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, fevralın 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının yaradılması münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, Ulu Öndərə ehtiramlarını bildirib, daha sonra muzeylə tanış olublar.

Təsisatda keçirilmiş tədbiri Müvəkkil Günay Rzayeva giriş sözü ilə açaraq bildirib ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi ilə bağlı islahatlar ardıcıl şəkildə davam etdirilir.

Ölkə başçısının "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" 2 noyabr 2006-cı il tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin edir.

Bildirilib ki, muxtar respublikada insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm tədbirlərdən biri Müvəkkil təsisatının yaradılması olub.

Sonda Müvəkkil Günay Rzayeva kollektivi təbrik edib və səmərəli fəaliyyətinə görə fərqlənmiş bir qrup əməkdaş mükafatlandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM